Tanınmış azərbaycanlı məşqçi koronavirusa yoluxdu


Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

O, artıq xəstəxanaya yerləşdirilib.

Nəfəs darlığından və yüksək hərarətdən əziyyət çəkən mütəxəssisin vəziyyəti hazırda sabitdir. Onun hansı şəraitdə xəstəliyə yoluxduğu məlum deyil. N.Qasımov xəstəxanaya yerləşdirilənə qədər son bir neçə günü evdə keçirib.

Qeyd edək ki, Nadir Qasımov “Bakı fəhləsi”, “MKT-Araz”, “Avtomobilçi”, “Bakılı”, “Şuşa-Qarabağ” kimi bir çox klubu çalışdırıb. (Sportinfo.az)

Şikayətiniz varsa Whatsapp: 0505165251