Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək


Bu gün Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan  təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.

Correct.az PFL-in saytına istinadən xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır. Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

 

Şikayətiniz varsa Whatsapp: 0505165251