Paytaxt sakinini boynundan bıçaqladılar


Bakıda bıçaqlanma hadisəsi baş verib.
Correct.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. 
Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır

 

Şikayətiniz varsa Whatsapp: 0505165251