Kirayə qaldığı evdə narkotik yetişdirdi - Şəkidə əməliyyat


Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Correct.az-a bildirilib ki, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qax rayon sakini M.Muxtarovun Şəki şəhərində kirayədə yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şikayətiniz varsa Whatsapp: 0505165251