Azərbaycanda 7,3 ton narkotik məhv edildi


Yardımlı və Bərdə rayonlarında yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Correct.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4 815 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Şikayətiniz varsa Whatsapp: 0505165251