Ermənilərin atdığı mərmi Yuxarı Öysüzlü kənd sakininin həyətinə düşdü


Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrinə və bölmələrimizin mövqelərinə iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə atəş açarkən mərmilərdən biri Yuxarı Öysüzlü kəndində Raqif Qasımovun həyətinə düşüb.

Zərbənin gücündən R.Qasımova məxsus evin şüşələri sınıb.

Ev sahibi “Report”a açıqlamasında bildirib ki, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Həmin vaxt uşaq həyətdə oynayırdı”, - o, əlavə edib.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq ermənilər Tovuz istiqamətində atəşkəsi pozmaqda davam edir.  

Şikayətiniz varsa Whatsapp: 0505165251