Arif Hacılı: “Ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur”


“Alınan məlumatlardan görünür ki, erməni tərəfi ərazilərimizə hücumları davam etdirir. Yəqin ki, döyüş əməliyyatları və mürəkkəb hərbi vəziyyət hələ davam edəcək”.

Bunu Müsavat Partiyası başqanının müavini Arif Hacılı deyib.

“Bu həssas məqamda, ən azı ziyan vurmamaq üçün diqqətli olmaq, döyüş bölgəsində olan əsgər və zabitlərimizə dəstək vermək, ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur. Bu Vətən Bizimdir! Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm” – A.Hacılı qeyd edib.  (Pravda.az)

Şikayətiniz varsa Whatsapp: 0505165251