Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır


"Neftçilər" prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət edirlər.

İnsanlar "Şəhidlər ölməz, vətən bölünməz", "Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarlarını səsləndirirlər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən yoxdur. İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildirirlər.

Yürüşdə iştirak edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Musavat.com-a bildirib ki, bu, xalqın içindən gələn vətən sevgisindən doğan bir yürüşdür.

Pənah Hüseyn deyib ki, bu yürüşdə təşkilatçı yoxdur: "Heç biz də təşkilatçı deyilik və yürüşə vətəndaş kimi qatılmışıq. Yürüşə qatılan insanlarda heç bir aqressiya yoxdur. Şüarlar Azərbaycan ordusuna dəstək ifadə edir. "İrəli, Azərbaycan əsgəri", "Şəhidlər ölməz, vətən bölünməz", "Ali baş komandan, bizə silah ver" kimi şüalar səsləndirilir". (Modern.az)

 

 

 

 

 

Şikayətiniz varsa Whatsapp: 0505165251