“Nəyə görə belə çılpaq reketə “stop” deyilmir?” – TƏBİB sərt tənqid edildi


Səmimi deyim, var gücümlə çalışıram ki, TƏBİB sözünü unudum.

O gün çıldağa da getdim ki, bu sözü eşidəndə diksinməyim, yuxuma da girməsin. Amma bunlar hərrənib-fırlanıb yenə də gəlib məni tapırlar.

Deməli, xaricdən qayıdanlar öhdəlik götürürlər ki, iki həftə özünütəcrid rejimində evlərində qaxılıb oturacaqlar.

Amma alternativ də var - əgər gələndən 7 gün sonra ardıcıl olaraq iki dəfə (!!) test versəniz və nəticə neqativ olsa, çölə çıxıb rahat veyllənə bilərsiniz.

Bu qaydanı TƏBİB tədbiq edib, mən yox. Həmin o TƏBİB ki, heç kimdən və heç nədən çəkinmir.

Mən hər şeyi başa düşürəm, pul filan, bəs abır-həya necə? Bu qədər açıq aşkar soyğunçuluq?

Əvvəl öz klinikalarına test monopoliyasını verir, baha qiymətlər elan edir, sonra da hamını ora göndərir ki, düş “tas”a.

Özüdə, iki dəfə e! Davay, onu üç elə, ataların sözünü yerə salma.

Nəyə görə belə təxribatlara göz yumulur? Nəyə görə belə çılpaq reketə “stop” deyilmir? Nə vaxta qədər pandemiya acgözləri yedirdəcək?

Uğurlu kürəkənlikdən savayı digər nailiyyətləri olmayanların özbaşınalığına nə vaxt son qoyulacaq?

Hökumətin nüfuzuna zərbə vuranlara “dur” deyən tapılacaq bu ölkədə, yoxsa yox?

 

Sonra da deyirlər ki, insanlar inanmır...

Şikayətiniz varsa Whatsapp: 0505165251