Deputat yüksək bal toplayan tələbələrlə görüşdü


Millət Vəkili Fəzail Ağamalı deputat seçildiyi 60 saylı Salyan - Neftçala seçki dairəsindən ali məktəb imtahanlarında 600-dən yuxarı bal toplayan Süleymanov Abdulla, Mürsəlova Gülceyran, Məhərrəmova Aytac, Sadıqova Ləmanla görüş keçirib.

 

Correct.az-ın xəbərinə görə, səmimi keçən görüşdə tələbələr, tələbələrin təhsil aldıqları məktəb direktorları və valideynlər iştrak ediblər.

 

Qəbul imtahanında yüksək nəticə əldə edən tələbələri təbrik edən Fəzail Ağamalı tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar diləmiş, məsləhət və tövsiyyələrini vermiş, onlara dövlətimizin layiqli vətəndaşları olmağı arzulayıb.

Şikayətiniz varsa Whatsapp: 0505165251