ABŞ Lukaşenkonu prezident kimi tanımır - “Seçkilər ədalətli deyildi”


ABŞ Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanımır.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Avqustun 9-da keçirilən seçkilər azad və ədalətli deyildi. Elan olunmuş nəticələr legitimliyi əks etdirmirdi. ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Aleksandr Lukaşenko Belarusun yeni prezidenti kimi and içib. ABŞ-la yanaşı daha 5 dövlət Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib.  (Yenisabah)

Şikayətiniz varsa Whatsapp: 0505165251