Azərbaycan Ordusu Şuşanın yaxınlığında - Araik Harutunyan açıqlad


Azərbaycan Ordusu Şuşanın 5 km məsafəsindədir.

Correct.az xəbər verir ki, qondarma DQ prezidenti Araik Harutyunyan rəsmi hesabından paylaşdığı videoda Azərbaycan Ordusunun Şuşa şəhərindən maksimum 5 km uzaqlıqda olduğunu bildirib.

Arutyunyan Şuşanı "Artsxın simvolu" adlandırıb və qeyd edib ki, Şuşanı tutmaq Dağlıq Qarabağı idarə etmək deməkdir.

Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Şikayətiniz varsa Whatsapp: 0505165251