"Hərbi əməliyyatlar sürətlə davam edir" - Açıqlama


Azərbaycanın rəşadətli Ordusu artıq 1 aydır ki, torpaqlarımızın azad edilməsi uğrunda əks-həmlə əməliyyatı həyata keçirir və bu əməliyyatlar əsnasında  düşmənin çox sayda həm texnika resurslarını, həm də canlı qüvvəsini məhv edib.

 

Lakin son günlər  Müdafiə Nazirliyinin susqunluğu, dövlət rəhbərliyinin sanki gözləmə mövqeyində olması bir çox müzakirələrə səbəb olub. Hətta hərbi əməliyyatların zəifləməsi ilə bağlı da söyləntilər var.

 

Correct.az saytına danışan hərbi ekspert Ramil Məmmədli isə qeyd edir ki, hərbi əməliyyatların dayanmasından, yaxud zəifləməsindən söhbət belə gedə bilməz:


"Bu bir az fərqli məsələdir. Prezidentin bildiyi elə məqamlar var ki, biz bilmirik.
Təbii ki, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyatını davam etdirir. Daha da sürətli olması üçün Ali Baş Komandan tərəfindən müəyyən tapşırıqlar verilir. Düşünürəm ki, bundan sonra əməliyyatların sürəti artmaqda davam edəcək. Qısa müddətdə işğal olunmuş ərazilərimiz mənfur düşməndən azad ediləcək.
Ali Baş Komandan döyüş istiqamətləri ilə bağlı daha dolğun məlumata malikdir. Ən müfəssəl məlumat ondadır".

Mustafayeva Aygün

 

Correct.az

 

Şikayətiniz varsa Whatsapp: 0505165251