"Kremlin ermənilərə etibarı tükənib" - Politoloq


 

“Putinin milliyyətçi olduğunu nəzərə alsaq görərik ki, o həm rusların daim hakim elitada təmsil olunması, həm də etibarlı şəxslərin öz ətrafına cəmləşdirilməsi istiqamətində daim çox ciddi kadr islahatları aparıb. Ermənilər Rusiyada daim yüksək vəzifələr tutublar. Hazırda onların tutduqları vəzifələrdən uzaqlaşdırılması Kremlin onlara etibarlılığının tükənməyindən irəli gəlir”. 

 

Bu sözləri Correct.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazədə qeyd edib.

 

O bildirib ki, Rusiya fövqal güc olmaq istəyir.

 

"Ermənilər daim tutduqları vəzifələrdə xəyanətkarlıqlarından əl çəkməyiblər. Başqa ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edib, həmin dövlətin zəifləməsinə çalışıblar. Ermənilərin tutduqları vəzifələrdən kənarlaşdırılması milli kadr siyasətinin tərkib hissəsidir həmçinin bu artıq rusların ermənilərə etibar etməməsindən irəli gəlir. Hesab edirəm ki bu obyektiv addımdır. Onlar Kremlin regional və beynəlxalq təhlükəsizliyinin təmini istiqamətində daim öz maraqlarını güdüblər. Daim Cənubi Qafqazda və digər bölgələrdə rusların milli siyasətinə təsir edib, bu kontekstdən Rusiyanın xarici siyasətinə təsir etməyə çalışıblar".

 

Nərmin Məcidli

 

Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251