"Rusiya Ermənistanı cəzalandırır" - Açıqlama


“Rusiya dövlətinin rəsmi və qeyri-rəsmi mövqeyi var. Burda əsas məsələ bəzi qüvvələrin hansı ki ABŞ -da və Fransada fəaliyyət göstərirlər, onların Ermənistan hakimiyyətinin çökməməsinə çalışmasıdır. Rusiyada qərbin bu dəstəyindən qıcıqlanıb, dəstək göstərərək Ermənistanın Rusiya tabeçiliyindən çıxmasına icazə vermək istəmir”.

 

Bu sözləri Correct.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli qeyd edib.

 

O bu prosesin Rusiya prezidentinin şəxsi yanaşmasından kənara çəıxdığını, Rusiyanın məqsədinin münaqişəni genişləndirmək yox, Ermənistanı cəzalandırmaq olduğunu bildirib:

 

"Fransa və Ermənistanın məqsədi münaqişəni bölgəyə yaymaq, toqquşma zonası yaratmaqdır. Onlar Azərbaycanın uğurlarına kölgə salmağa çalışıb, bura terrorçu qruplaşmalarını və ildə 20 milyard pul qazandıqları narko ticarətin dövriyyəsini əlavə etməyə çalışırlar. Azərbaycan hökumətinə qarşı hal-hazırda təkcə Ermənistan deyil, beynəlxalq narko ticarət şəbəkəsinin də savaşı gedir".

 

Ə. Əlibəyli fiziki olaraq Fransanın Ermənistanı dəstəkləməsinə baxmayaraq hazırki virusun dövlətin iştirakına mane olduğunu da vurğulayıb.

 

 

Nərmin Məcidli

Correct.az

Şikayətiniz varsa Whatsapp: 0505165251