“Məni çəkmə, anam elə bilir Bakıdayam...“ - Cəbhədəki əsgərimizin videosu yayıldı


Daha bir hərbçi tarixçəmiz var. Ailənin yeganə oğlu, bacısının bircə qardaşıdır Abdulla. Yolunu həsrətlə gözləyən bir nişanlısı da var.

Correct.az Xəzər TV-yə istinadla xəbər verir ki, Həkəri çayında əl-üzünü yuyan zaman dostuna məni çəkmə anam elə bilir ki, Bakıdayam deyən qəhrəmanımızın videosu sosial şəbəkələrdə geniş yayılaraq, hər kəsin marağına səbəb oldu.

Əməkdaşlarımız balasının cəbhəyə yollandığından xəbərsiz olan ana, həmçinin, ailənin digər üzvləri ilə həmsöhbət olublar.

Bu gülərüz qəhrəmanımızın adı Abdulladır. Anası nigaran qalmasın deyə Bakıya təlimə gedirəm deyib evdən çıxsa da, birbaşa cəbhəyə,vətəni qorumağa yollanıb. Ana deyir ki, balasının üzünü uzun müddət sonra sosial şəbəkələrdə yayılan bu videoda görüb.

Abdulla Cəbrayıl həsrəti ilə dünyasını dəyişən babasının adını daşıyır. Onun yolunu səbirsizliklə gözləyənlər arasında nənəsi var.

Əslən Cəbrayılın Sultanlı kəndindən olan Abdulla 1 bacının yeganə qardaşıdır . Sağ-salamat gəl, igid. Sənin yolunu təkcə ailən yox, bütün Azərbaycan gözləyir!

Şikayətiniz varsa Whatsapp: 0505165251