DİN: Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - Foto


Vətəndaş Ruslan Quliyevin polis tərəfindən təzyiqə məruz qalması barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir, əsassızdır.

Bu barədə Correct.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, R.Quliyev vətəndaş İradə Əliyevanın müraciəti əsasında müvafiq polis orqanına çağırılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Hazırda araşdırmalar davam etdirilir.

 

Şikayətiniz varsa Whatsapp: 0505165251