Maradonanın xatirəsini yad edən Ançelotti göz yaşlarına hakim ola bilmədi - VİDEO


“Everton” klubunun baş məşqçisi Karlo Ançelotti əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla yad edərkən göz yaşlarına hakim ola bilməyib.

“Championat” xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 10-cu turunda “Lids Yunayted” lə oyundan (0:1) əvvəl baş verib.

Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Şikayətiniz varsa Whatsapp: 0505165251