Bakıda doqquz nəfər liftdə qaldı


Bakıda doqquz nəfərin liftdən çıxarılması təmin edilib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı dörd müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən doquz nəfərin liftdən çıxarılması təmin edilib.

Şikayətiniz varsa Whatsapp: 0505165251