Əfqanıstanda Qırmızı Xaç Komitəsinin əməkdaşını oğurladılar


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı oğurlanıb.

“Ariana News” xəbər verir ki, hadisə Əfqanıstanın mərkəzində, Vardan vilayətində baş verib.

Bildirilir ki, həmin şəxs şənbə günü girov götürülüb və onun sərbəst buraxılması istiqamətində danışıqlar aparılır.

Hələlik ölkədə fəaliyyət göstərən qrupların heç biri hadisə ilə bağlı məsuliyyətini üzərinə götürməyib.

Şikayətiniz varsa Whatsapp: 0505165251