Ermənistanın keçmiş baş naziri müharibənin başlama səbəblərindən yazdı - Video


"Nikol Paşinyan və komandası Qarabağ məsələsinin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların qorunub saxlanmasının və möhkəmlənməsinin qarantı kimi gördü”.

Bunu Ermənistanın keçmiş baş nazirinin müavini Armen Gevorqyan Qarabağdakı müharibənin səbəbləri və erməni tərəfinin məğlubiyyəti ilə bağlı təhlillərini təqdim etdiyi geniş bir məqalədə yazıb.

Ermənistan rəhbərliyinin strateji səhvlərindən danışan Gevorqyan qeyd edib ki, Paşinyanın hakimiyyətdə olduğu illərdə bir neçə strateji səhv etdiyinə dair nəticəyə gəlib. Bu səhvlər də hazırda məlum olan nəticələrə gətirib çıxarıb.

O, Paşinyanın Qarabağ məsələsində "sürətli və dinc həll yolu"na getməsini ilk səhv hesab edir. Baş nazir belə qərara Qərbin inqilabdan sonrakı Ermənistanı “azad” etməyəcəyi məlum olandan sonra gəlib. İkinci səhv isə Paşinyan və komandasının Qarabağ məsələsinin detallarını ictimaiyyətdən gizlətməsi və barışıq üçün ictimai rəy hazırlamamasıdır.

Gevorqyan Paşinyanın iki stula oturmaq cəhdlərini üçüncü səhvi adlandırıb. O, baş nazirin strateji tərəfdaş məsələsində düzgün seçim edə bilmədiyini düşünür.

Xusuilə, Qərbin bəzi ani vədlərinə görə Rusiya ilə illərdir qurulan münasibətləri soyutmağa başlaması buraya daxildir:

“Paşinyan və onun komandası Ermənistandakı Rusiyapərəst düşüncəli işgüzar elitanın imkanlarını məhdudlaşdırmağa, onları "köhnə hakimiyyətin şəriki" kimi qələmə verməyə başlayır, paralel olaraq Qərb tərəfdaşları Paşinyan hökuməti üçün maliyyə yastıqları yaradırlar. 2019-cu ilin aprel-may aylarında Dünya Bankı və BVF Ermənistana 500 milyon kredit ayırmaq üçün bir layihə hazırlayır”.\publika.az