Bu adamlara koronavirus peyvəndi qəti olmaz - Professor Açıqladı


Son altı ayda bu infeksiyanın istənilən klinik formasını keçirmiş şəxslər bu proseduradan azaddır (qoruyucu antitellər 6 yox, 8 aya sıfırlandığından, mənim fikrimcə bu müddət 8 ay olmalıdır; yəni son olaraq bu infeksiyanı keçən il may ayında keçirən şəxslər; nəzərə alsaq ki ölkəmizdə keçən il may ayına qədər kütləvi yoluxma olmayıb).

Professor, ATU Farmakologiya kafedrasının müdiri Musa Qəniyev peyvəndlərin kimlərə əks göstəriş olduğunu açqlayıb.

Professor, ATU Farmakologiya kafedrasının müdiri Musa Qəniyev peyvəndlərin kimlərə əks göstəriş olduğunu açqlayıb.

İstənilən kəskin nozoloji xəstəliyə tutulmuş, eləcə də uzunmüddətli xroniki iltihabi proses və ya autoimmun xəstəliklərdən əziyyət çəkən şəxslərə COVID 19 əleyhinə peyvənd vurulması məsləhət deyildir.

Ölkəmizdə Sinovac şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Bu peyvənd klassik yolla, yəni inaktivləşdirilmiş virus kulturasından alınır.

Odur ki, enzim patologiyası olan məhdud sayda insanlar nəzərə alınmasa, heç bir ciddi və təcili müdaxilə tələb edən əlavə effektlərə və ya qeyri-spesifik təsirlərə malik ola bilməz”.\medicina.az