Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? - Siyahı


Ramin Quluzadənin rəhbərlik edəcəyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar var.
 
Həmin qurumların siyahısını təqdim edirik:
 
1. Prezident İqamətgahı, "Ulduz" Sarayı daxil olmaqla
 
2. "Gənclik" Qonaq evi
 
3. 1 N-li Pansionat, "Şəfəq" Sarayı daxil olmaqla
 
4. 2 N-li Pansionat
 
5. Avtopark
 
6. Təmir-tikinti idarəsi
 
7. Yeməkxana
 
8. "Respublika" mehmanxanası
 
9. Azadlıq prospektindəki "Qonaq evi"
 
10. Kənd təsərrüfatı müəssisəsi
 
11. "Azərbaycan" nəşriyyatı
 
12. Kitabxana.
 
Təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olan təşkilatların siyahısı isə aşağıdakılardır:
 
1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
 
2. "Bakinski raboçi" qəzetinin redaksiyası
 
3. "Respublika" qəzetinin redaksiyası
 
4. "Xalq qəzeti"nin redaksiyası
 
5. "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının məlumat bülleteni"nin redaksiyası.\hit.az