Sami Yusuf “Sığmazam” qəzəli əsasında lirik musiqili kompozisiya hazırlayıb - VİDEO


Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında musiqi kompozisiyasının lirik janrda təqdimatını hazırlayıb.

Musiqiçi bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

S.Yusif qeyd edib ki, İmadəddin Nəsiminin bu şeirində iki dünya - fiziki və mənəvi aləmlər arasındakı ziddiyyətlərə toxunulub.

Musiqiçi qeyd edir ki, İ.Nəsimi yaradıcılığında insanın irfani, dini və dünyəvi dərki təsbit olunur.