Lənkəranda ev yanıb


Lənkəran şəhərinin Şilim kəndində ümumi sahəsi 140 kvm olan birmərtəbəli üç otaq və aynabənddən ibarət evin bir otağının, mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 80 kvm sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.