Sumqayıtda güclü külək ağacı qaz borusunun üzərinə aşırdı – VİDEO


Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb. 

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, nəticədə beş yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bərpa işlərinə başlanılıb.