Xızıda qarlı-şaxtalı havada yolda qalan iki nəfər donmaqdan xilas edilib - VİDEO


Xızı rayonunun Qızılqazma kəndində iki nəfər VAZ markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən - xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.