Vaksinasiya üçün səyyar briqadalar təşkil olunur


"Hazırda vaksinasiya üçün səyyar briqadalar təşkil olunur. Səyyar briqadalarin təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir".

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, dövlət orqanlarından daxil olan müraciətlərə əsasən, belə səyyar briqadalar təşkil olunur:

"İki gündür ki, SOCAR-ın baş ofisində səyyar vaksinasiya təşkil olunub. Bu gün 150 nəfərə yaxın əməkdaşın vaksinasiyası həyata keçiriləcək. Ümumilikdə isə 1000 əməkdaşın könüllü şəkildə peyvənd olunması nəzərdə tutulub".  (APA)