Aytən Səfərovanın səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirildi


Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

Bir müddət əvvəl koronavirusa yoluxan aparıcı müalicəsini “Yeni klinika” tibb müəssisəsində davam etdirir.

Hərarəti 39 dərəcəyə qədər yüksələn aparıcının səhhətində irəliləyiş olmadığı üçün aprelin 5-də klinikaya yerləşdirilib.

Qeyd edək ki, A. Səfərova bir müddət əvvəl instaqram hesabında paylaşım edərək koronavirusun müalicəsi üçün dərmanların baha olmasından şikayətlənmişdi. (qafqazinfo)