Vətən müharibəsində təltif edilənlərə neçə günlük məzuniyyət verilməlidir?


Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinə görə dövlət tərəfindən təltif edilən işçilərin məzuniyyət hüququ təmin olunmalıdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı izləyicilərdən gələn sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı Əmək Məcəlləsinin 120-ci maddəsində “İşçinin dövlət təltifi” bəndi qeyd olunub:

“Qeyd olunub ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət tərəfindən təltif olunan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilməlidir”.