Zelenski sabah Türkiyəyə gedir


Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə səfər edəcək.

Səfər zamanı V. Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ukrayna dövlət başçısının səfəri çərçivəsində sabah Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Dövlət başçıları müdafiə, azad ticarət və turizm məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar. (Pravda.az)