Fəxrəddin Altun: “Türk dünyasına təhdidlərin başında FETÖ durur”


Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun türk dünyasına qarşı məqsədli dezinformasiya kampaniyası aparıldığını bəyan edib.

Correct.az-ın məlumatına əsasən, F.Altun Türk Şurası informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib ki, qurum atdığı hər addımda həqiqətə xidmət etməyə çalışır.

O, rəqəmsal faşizmin təhdid olduğunu da diqqətə çatdırıb: “Biz Türkiyə olaraq bununla mübarizə aparmağa başlamışıq. Gəlin, birlikdə yeni dövrün fürsətlərindən yararlanaq. Media sahəsində əməkdaşlığımızı birləşdirək”, - deyə F.Altun əlavə edib.

F.Altun əlavə edib ki, hazırda türk dünyasına təhdidlərin başında FETÖ durur. O, FETÖ-nün virus kimi türk dünyası ölkələrinə yayıldığını da vurğulayıb.