Bakıda üzərinə qapı düşən körpə ölüb


Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.