Dünyada üç ay sonra koronavirusa ən yüksək yoluxma


Dünyada son sutkada koronavirusa 747 min yeni yoluxma qeydə alınıb.

Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

Sözügedən nəticə yanvarın 10-dan bu yana ən yüksək göstərici olub.

Ölənlərin sayı sutka ərzində 13.5 min artıb. Ümumi ölüm sayı 2.9 milyona çatıb.