İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib – FOTO/VİDEO


İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. 

Bildirilib ki, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub. 

Polislər tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.