Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Correct.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, şərti olaraq “Şamaxinka” adlanan ərazidə iki avtomobil toqquşub. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Tural Qocayev xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Mənbə:"Report.az