Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin heyətinə “Əsgərə məktub” çatdırılıb - FOTO


“ASAN könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir.

Correct.az xəbər verir ki, vətəndaşlarımız tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Azərbaycan Xüsusi Təyinatlılarının Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.

Tədbir Azad Azərbaycan Televiziyasında yayımlanan “Komando” verilişi çərçivəsində baş tutub.