“Xarıbülbül” festivalında Heydər Əliyevin nitqi ayaqüstə alqışlanıb – VİDEO


Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konsertlə davam edib.

Qala-konsert zamanı Ümummilli lider Heydər Əliyevin Şuşa və Qarabağla bağlı arzularını səsləndirdiyi fikirlərin əks olunduğu video-çarx nümayiş olunub. 

Video-çarxda Prezident İlham Əliyevin Şuşa ilə bağlı çıxışına da yer verilib. Prezident İlham Əliyev Ümummili liderin çıxışını dinləyərkən kövrəlib. Ölkə başçısı, festival iştirakçıları və qonaqlar Ulu öndər Heydər Əliyevin nitqini ayaqüstə alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik: