Makqreqorla Ronaldu arasındakı söhbətin görüntüləri yayılıb - VİDEO


Sosial şəbəkələrdə keçmiş UFC çempionu Konor Makqreqorla ulduz futbolçu Kriştianu Ronaldu arasında olan söhbətin videogörüntüləri yayılıb.

Correct.az xəbər verir ki, video 2016-cı ildə çəkilib.

Videoda MMA döyüşçüsü Ronaldudan onun şəxsi təyyarəsi barədə soruşur.

Özünün dünyanın ən çox qazanan idmançıları siyahısında 38-ci olduğunu bildirən Makqreqor tezliklə portuqaliyalını ötərək reytinqdə birinciliyə yüksələcəyini qeyd edir.

Xatırladaq ki, döyüşçü bu il verdiyi sözə əməl etməyi bacarıb və “Forbes” nəşrinin ən yüksək gəlirli idmançıları siyahısında ilk pilləyə qalxıb. Ronaldu isə reytinqdə Messidən sonra üçüncü yeri tutub.