Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21 015 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 158 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 729 173 təşkil edir.