Korona laboratoriyada yaradılıb? – Conson


Böyük Britaniya Baş naziri Boris Conson koronavirusun laboratoriya mənşəli olduğunu istisna edib.

Correct.az xəbər verir ki, siyasətçi müvafiq açıqlamanı G7 zirvəsindəki mətbuat konfransı zamanı deyib.

O əlavə edib ki, ağlı başında olan insan bu məsələdə tərəfsiz olmalıdır.

Conson G7 üzvlərinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) effektivliyini artırmaq üçün bu qurumun gücləndirilməsinin vacibliyini qəbul etdiklərini bildirib.

Qeyd edək ki, ənənəvi G7 zirvəsi Böyük Britaniyada 11-13 iyun tarixlərində keçirilib.Tədbirdə G7 ölkələrinin liderlərindən əlavə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Çarlz Mişel də iştirak ediblər. (axar.az)