Səhhətinə görə vaksin oluna bilməyənlər nə edəcək?


Səhhətinə görə koronavirusa qarşı vaksin olunmayan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur.

Correct.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.

Ş.Mövsümov bildirib ki, bu sertifikatlar südverən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün nəzərdə tutulur.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı xüsusi komissiya yaradılacaq: “Əgər doğrudan da onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.