"Kəmaləddinin kim olduğunu bunlara izah eləməyə çalışdım, mənə itin sözünü dedilər"


“Kəmaləddin Heydərov bir dəfə yoldan keçəndə maşını saxlatdırıb qarpız satan bir kişiyə 500 manat verib, o kişi də mənim xalamın əri olub. İndi bütün kənddə Kəmaləddinin adı "çörəkverən" kişi kimi qalıb”.

Bunu yazıçı Kəramət Böyükçöl deyib.

“O gün xalamgilə getmişdim. Kəmaləddinin kim olduğunu bunlara izah eləməyə çalışdım, mənə itin sözünü dedilər. Dedilər, o cür gözəl insana şər atırsan. Gecə xalamgildə qalacaqdım, Kəmaləddindən danışandan sonra qoymadılar ki, bizim evdə sənə yer yoxdur. Kəndin bütün say-seçmə kişiləri də yolun qırağında qarpız satır, elə bilirlər Kəmaləddin yenə gələcək” – K.Böyükçöl bildirib.  (Pravda.az)