“Azərbaycanın qələbəsi Pakistanda da qeyd edilib” - Əsəd Qeysər


“Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib”.

Correct.az xəbər verir ki, bunu Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysər Azərbaycan parlamentində keçirilən birinci üçtərəfli görüşdə çıxışı zamanı deyib. O bildirib ki, Bakıda bu görüşdə iştirak etməkdən məmnunluq duyur.

Ə.Qeysər 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edib.

“Bizə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları arasında dalğalanır”