BDU-da bıçaqlanan müşavirin vəziyyəti necədir? - Açıqlama


“27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib”.

BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib ki, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib:

“Hazırda onların vəziyyəti normaldır, həkim nəzarəti altındadırdır. Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.