“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində biabırçılıq


Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 yaşlı uşaqlara verdiyi imtahan suallarıdır. Belə ki, valideynlər liseyin uşaqları imtahandan kəsmək üçün bu sualları saldığını düşünür. Ciddi məsələlərdən biri də odur ki, verilən suallar 5 yaşlı uşağın psixologiyasına heç də uyğun deyil.

Correct.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Bakı Avropa Liseyinin beş yaşlı uşaqlara saldığı imtahan sualları sosial mediada geniş müzakirələrə səbəb olub. Sualları təqdim edirik:

“Atan, anan ölsə, yetim qalsan necə yaşayarsan?”

“Atanın 2 ayağı olmasa, 4 əli olsa, necə istifadə etməlidir?”

“Başının arxasında 2 gözün olsa, necə istifadə edərsən?”

Mövzu ilə bağlı Bakı Avropa Liseyinə sorğu göndərilib.