Zaxarova: “ABŞ Rusiyada seçkiləri pozmağa çalışıb”


“Kiberhücumlara və seçkilərə birbaşa müdaxilələrə baxmayaraq, ABŞ Rusiyadakı seçki sistemini gözdən sala bilməyib”.

Correct.az  “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.

"Rusiya Mərkəzi Seçki Komissiyasına görünməmiş sayda kiberhücumlar olub. Bunu birbaşa MSK da bəyan edib. Hücumların yarısı ABŞ-dan olub. Amerika İnternet platformalarından açıq müdaxilə qeydə alınıb. Lakin düşmənlərimizin Rusiya seçki sistemini gözdən sala bilməyiblər və bu, heç vaxt mümükn olmayacaq”, – deyə Zaxarova bu gün keçirdiyi brifinqdə qeyd edib.

Xatıtrladaq ki, Dövlət Dumasına seçkilər sentyabrın 17-19-da baş tutub.   (Yenisabah.az)